Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə mayın 25-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tədbir keçirilib. Tədbirdə idarənin keçirdiyi müsabiqənin nəticələri elan edilib.
Qoruq idarəsinin aparat rəhbəri Read Qasımov bildirib ki, müsabiqənin məqsədi potensialı olan gəncləri Cümhuriyyət mövzusunda yeni araşdırmalara cəlb etməkdir.
Sonra qonaqlar Cümhuriyyətin 100 illiyi münasibətilə ekranlaşdırılan sənədli filmə baxıblar.
Tədbir çərçivəsində "Azərbaycan Cümhuriyyəti-100" adlı kitabın təqdimatı da keçirilib. Kitabın elmi redaktoru, tarixçi alim, dosent Firdovsiyyə Əhmədova və Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov çıxış ediblər.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.