Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi çoxsaylı tədbirlərlə, böyük təntənə ilə qeyd edilir. Cümhuriyyətə həsr edilmiş tədbirlərdən biri də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində təşkil edilib.
Mərkəzin direktoru Ramazan Şabanov tədbiri giriş sözü ilə açaraq şanlı tarixin önəmindən bəhs edib. Mərkəzin əməkdaşı Rəfiqə Nəsirovanın Cümhuriyyətin yaranmasına, o illərin mədəni yüksəlişinə dair məruzəsi dinlənilib.
Sonra Bakı Media Mərkəzində ərsəyə gələn və Cümhuriyyət qurucularının mühacirət taleyindən bəhs edən "Əbədi ezamiyyət" sənədli-bədii filmi nümayiş olunub.