Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi şərəfinə konsert olub.
Musiqi axşamında Fransanın ölkəmizdə səfərdə olan Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Konsert Klod Debüssinin və Qara Qarayevin əsərlərinin səsləndirilməsi ilə başlanıb. Proqramda Avropanın və Azərbaycanın digər bəstəkarlarının əsərləri də yer alıb.