Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü Beynəlxalq Piano Festivalında ölkəmiz də təmsil olunub.
   Sənət yarışmasında iştirak edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Zərrin Şükür ikinci yerə sahib olub. O, eyni zamanda festival çərçivəsində ustad dərslərində iştirak edib. 
   Təmsilçimiz həmçinin müəllimi ilə birlikdə "Dörd əl üçün fortepiano dueti" adlı ustad dərsində çıxış edərək festivalın xüsusi mükafatına layiq görülüb.