İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki səhnə əsərinin premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, gündüz seansında P.Kullifordun "Şirinlər" pyesi əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa təqdim olunacaq. Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur.
Həmin gün axşam isə böyük dramaturq və şair Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanmış tamaşa göstəriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rollarda Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov çıxış edəcəklər.