İyunun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunan "Qara Qarayev sinfinin məzunları" adlı tədbir keçiriləcək.
   Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bəstəkarın vokal və kamera-instrumental əsərləri səsləndiriləcək.