Noyabrın 14-də Nizami Kino Mərkəzində alman kinematoqrafçılarının Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası ilə birgə çəkdikləri "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filminin təqdimatı keçiriləcək. Yalnız caz pərəstişkarlarının deyil, ümumiyyətlə, kino və musiqisevərlərin böyük marağına səbəb olacaq filmi tamaşaçılara rejissor Klaus Bernhardt və onun həmkarları təqdim edəcəklər. 40 dəqiqəlik filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapıb.