“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Reinkarnasiya – əbədi gənc, qədim şəhər” adlı yeni layihəsini təqdim edib.
Qoruq idarəsindən bildirilib ki, layihənin məqsədi İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət-ənənələrinə uşaqların gözü ilə baxmaq, uşaqların özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq və ona yeni həyat verməkdir.
Layihədə “DA-ART” Təsviri incəsənət mərkəzinin uşaqları iştirak edirlər.