Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxartmaq məqsədilə «Yeni nəfəs» adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edir.
   
   Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda, bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-halı ilə birgə, üç nüsxədə çap olunmuş şəkildə və elektron variantda 25 yanvar 2013 - cü il tarixinə kimi müsabiqəyə təqdim edə bilər.
   Qalib olacaq ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

   Qran pri - 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulur);
   Birinci yer - 2000 manat;
   İkinci yer - 1500 manat;
   Üçüncü yer - 1000 manat.
   
   Təşkilati və informasiya dəstəyi:
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Space” televiziyası, “Kaspi”, “Mədəniyyət” və “Baku Post” qəzetləri, “Trend” və “Day.az” informasiya agentliyi.
   Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında açıqlanacaq.
   Ünvan: Bakı şəhəri, Moskva prospekti 10, Dövlət Film Fondu.
   Əlaqə telefonu: (012) 431 58 91