1 iyun – Beynəlxalq uşaqları müdafiə günü münasibətilə “Azərkitab” Kitab Mərkəzində “Uşaqları sevgimizlə qoruyaq” adlı sərgi keçirildi.

YAP Yasamal rayon təşkilatı və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil olunan sərginin  layihə rəhbəri Elnurə İsgəndərova açılış sözündə uşaqlara həsr olunan bu cür tədbirlərin əhəmiyyətindən danışdı.

“Azərkitab”ın əməkdaşı Sabir Həsənov bu sərginin uşaqların dünyagörüşünün artmasında böyük rolunu dilə gətirdi, onları xoş gün münasibətilə təbrik etdi.

Akademik Milli Dram Teatrının aktyoru Elxan Quliyev təqdim edilən əsərlərin rəngarəng və düşündürücü olduğunu diqqətə çatdırdı. Gənc şairə Şəhanə Müşviq uşaqları təbrik etdi, onlara uğurlar dilədi.

Sərgidə 100-dən çox balaca rəssamın əl işləri nümayiş etdirilirdi. Sonda iştirakçılar diplomlarla təltif olundular.

S.QALİBOĞLU