“YARAT!” Müasir İncəsənət Məkanı “XXI əsrdə incəsənət” sənədli serialının nümayişini davam etdirir. Dekabrın 1-də “Üns” yaradıcılıq səhnəsində serialın üçüncü epizodu olan “Tarix” filmi nümayiş etdiriləcək. Bu seriyada təqdim edilən rəssamlar müxtəlif tarixi hadisələrə müraciət edirlər, hamıya məlum tarixi faktları təsdiqləyirlər və təkzib edirlər, şəxsi təcrübələrinə əsaslanaraq yeni tarix yaradırlar. Ekran əsərində Marina Abramoviç (Serbiya), Qlen Linon (Nyu-York), Meri Reyd Kelli (Qrinfild, Cənubi Karolina) təqdim olunublar. Film musiqişünas, mədəniyyət siyasəti üzrə ekspert Cahangir Səlimxanovun mühazirəsindən sonra ingilis dilində (rus dilinin subtitrlə) nümayiş olunacaq.