Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə (mətni qəzetin 10-11-ci səhifələrində) təsdiq edilib.
Dövlət başçısının eyni tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu da təsdiq olunub. Struktura Mədəniyyət Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri daxildir.
Həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib. Əsasnamə qəzetimizin 13 iyun tarixli sayında dərc olunacaq.