İyunun 7-də Cənubi Azərbaycandan olan tanınmış müğənni, xalq və bəstəkar mahnılarımızı xaricdə geniş təbliğ edən Parisa Arsalani Səməd Vurğunun ev-muzeyini ziyarət edib. Muzeyin direktoru Nüşabə Vəkilova qonağa eksponatlar haqqında geniş məlumat verib.
Parisa Arsalani muzeydə mühafizə olunan səs yazıları, videogörüntülər, xatirə əşyaları, görkəmli Azərbaycan rəssamlarının çəkdikləri portretlər, şairin 70 illik yubileyinə toxunmuş xalça və digər maraqlı eksponatlarla tanış olub, muzeylə tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.
Parisa Arsalani 1978-ci ildə Urmiya şəhərində anadan olub. Professional müğənnilikdən öncə aşıq kimi tanınıb. Musiqi təhsilini Bakıda - Azərbaycan Dövlət Konservatoriyasında alıb.