İyunun 20-də gerçəkləşəcək təntənəli tədbirə hazırlıq məsələləri müzakirə edilib
İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olub.
Əvvəlcə Ali Məclisin sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Təşkilat komitəsi sədrinin müavini Əbülfəs Qarayev və Təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxıblar.
İclasda çıxış edən Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını bildirib. Qeyd edib ki, Təşkilat komitəsinin 2016-cı il noyabrın 25-də ilk iclası keçirilib, ötən dövrdə isə işçi qrupu səviyyəsində yığıncaqlar olub.
İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış mərasimi keçiriləcək. Bununla bağlı Tədbirlər planına uyğun olaraq hazırlıq işləri görülür.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, muxtar respublika Ali Məclisi sədrinin 2017-ci il 23 yanvar tarixli sərəncamına əsasən, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqotipi hazırlanıb və şəhərin müxtəlif məkanlarında quraşdırılmış monitorlarda nümayiş olunur. Bundan əlavə, kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə də loqotipin tanıdılması işləri aparılır.
Bildirilib ki, üzərində loqotip əks olunmuş 100 min ədəd zərf, 100 min ədəd poçt markası, markalardan ibarət 200 ədəd buklet, 500 ədəd döş nişanı hazırlanıb. Tədbirlər planına əsasən, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyroğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin İSESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Muxtar respublikanın türk-islam mədəniyyəti abidələrinin təbliği məqsədilə çap materiallarının hazırlanması da diqqətdə saxlanılıb. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” rəsmi internet səhifəsi, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlər hazırlanıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin təmir və bərpası da diqqətdə saxlanılır. Hazırda Şərur rayonundakı Yengicə hamamında və Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpa işləri davam etdirilir. Eyni zamanda, Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı İSESCO-nun saytına yerləşdirmək üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” loqotipi, Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotoşəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin muxtar respublikanın mədəniyyət müəssisələrində də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” devizi altında tədbirlər keçirilib.
* * *
Azərbaycan Respublikasının mədəniyyət naziri, Təşkilat komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxış edərək deyib ki, Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrası ötən dövrdə diqqətdə saxlanılıb. Azərbaycan Milli Kitabxanasında bu mövzuda sərgi açılıb, bütün ölkə kitabxanalarında müvafiq guşələr yaradılıb, mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Eyni zamanda İSESCO-nun saytında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri haqqında ingilis, ərəb və fransız dillərində məlumat yerləşdirilib.
Nazir qeyd edib ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirinə böyük maraq var. Beynəlxalq təşkilatların və islam ölkələrinin yüksək səviyyəli nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Qonaqların Bakı şəhərində qarşılanması və Naxçıvan şəhərinə yola salınması ilə bağlı bütün təşkilati işlər görülüb. Muxtar respublikada yaradılan müasir infrastruktur və islami dəyərlərin yaşadılması sahəsində görülən işlər tədbirin yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
* * *
Ali Məclisin sədri Vasif Talıbov açılış tədbirinə hazırlıqla bağlı tapşırıqlar verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, cari ilin sentyabrında bu tədbir keçirilməlidir. İqtisadiyyat Nazirliyi “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlərin hədiyyələr mağazalarında satışının təşkilini diqqətdə saxlamalıdır. Tədbirlər planına əsasən 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat komitəsi AMEA-nın Naxçıvan Bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.
Açılış tədbirində nümayiş üçün hazırlanmış “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” filmi ingilis dilinə tərcümə olunmalıdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində “Mənim Naxçıvanım” fotosərgisi təşkil olunmalı, konsert proqramı hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində sərgi təşkil edilməlidir. Tədbir iştirakçılarının qarşılanması və yola salınması, habelə iyunun 19-20-də qonaqların mədəni-kütləvi tədbirlərdə iştirakı və görməli yerlərlə tanışlığı üçün təşkilati işlər görülməlidir.
* * *
İclasda Təşkilat komitəsinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi əlamətdar hadisədir. Qeyd olunub ki, görülən işlər Naxçıvanı “İslam mədəniyyətinin paytaxtı” kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək: “Naxçıvan təktanrıçılığın mərkəzidir və qədim diyarda bununla bağlı 3 mühüm abidə vardır. Butorpaqdaböyükmədəniyyətformalaşıb. Naxçıvanabidələrində İslamidəyərlərvə dünyəvilikvəhdətdə götürülüb. Nəticədə Naxçıvanda İslamdininə cəhalətvə fanatizmdənuzaqyenibirbaxış - elmivə mədəniyanaşmaformalaşıb. Naxçıvan şəhərinin “İslammədəniyyətininpaytaxtı” seçilməsivə bununlabağlı görülənişlər İslamagerçəkmünasibətinmodelidir”.
İsaHəbibbəylibildiribki, AzərbaycanMilliElmlərAkademiyasındaNaxçıvan şəhərinin “İslammədəniyyətininpaytaxtı” seçilməsiilə bağlı tədbirlərkeçirilib, “Naxçıvanxalçaları” və “İslamdamüdrikkəlamlar” kitabları ərəbdilinə tərcümə edilib, dövrimətbuatdaməqalələrdərcolunub.
AliMəclisinsədriVasifTalıbovNaxçıvanda İslamdininə, onundəyərlərinə və mahiyyətinə uyğunmünasibətinformalaşdığını, Naxçıvan şəhərinin “İslammədəniyyətininpaytaxtı” seçilməsininisə buqədimdiyarıntanıdılması baxımındanmühüməhəmiyyətə malikolduğunudiqqətə çatdırıb. Açılış tədbirinin ölkə və dünyamətbuatındageniş işıqlandırılmasınınvacibliyiqeydedilib.
* * *
Təşkilatkomitəsinin üzvləriiyunun 7-də QarabağlarTürbə Kompleksində olublar.
Qonaqlaraməlumatverilibki, muxtarrespublikaAliMəclisisədrinin 2016-cı iliyulun 4-də imzaladığı sərəncamaəsasən, KəngərlirayonununQarabağlarkəndindəkitürk-islammədəniyyətininnadirnümunələrindənolantürbə kompleksində bərpaişlərihəyatakeçirilib. ƏcəmiNaxçıvanimemarlıqməktəbinindavamı, memar ƏhmədNaxçıvaniyaradıcılığınınnümunəsiolandünyaəhəmiyyətliabidədə bərpaişlərielmiəsaslarlaaparılıb.
Komplekstürbə, xanəgahvə qoşaminarəlibaştağdanibarətdir. Bərpaişləriaparılarkənabidənintarixigörkəmiolduğukimiqorunubsaxlanılıb.
Təşkilat komitəsinin üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.