Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Müsabiqə Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində keçirilib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov həyata keçirilən maarifləndirici layihələrdən söz açıb. Müsabiqənin qaliblərinə diplomlar və Cümhuriyyət tarixindən bəhs edən kitablar təqdim olunub.
Sonra liseyin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.