Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin arxiv xidməti rəhbərlərinin Məsləhət şurasının 15-ci iclası keçirilib.
İclasda ölkəmizi Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.
Tədbirdə Belarusun Kargüzarlıq və Arxiv Departamentinin rəhbəri V.İ.Kuraş MDB ölkələrində vətəndaşların sosial-hüquqi mənafelərinin müdafiəsi kontekstində arxiv sənədlərinin saxlanma müddətləri və tərkibi haqqında ümumi məruzə ilə çıxış edib. Elektron arxivlərin yaradılması və idarə edilməsi, həmçinin 2017-ci il ərzində arxiv işi sahəsində görülmüş tədbirlər barədə üzv ölkələrin nümayəndələrinin məruzələri dinlənilib, məlumat mübadiləsi aparılıb.
Rusiya Federal Arxiv Agentliyinin rəhbəri A.N.Artizov MDB ölkələri dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət şurasının sədri seçilib. Növbəti iclasın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınıb.