Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər kinostudiyasında məşhur Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir.
Filmin rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Tofiq İsmayılov bildirib ki, ekran əsərinin dekabrın sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.
“Sən mənim nəğməmsən”, “Sadiq dostlar” və “Mavi dəniz” bölmələrindən ibarət ekran əsərinin çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə aparılıb. Filmi Müslüm Maqomayev haqqında üç novella da adlandırmaq olar. Hər bir bölməyə ayrı-ayrılıqda baxmaq mümkündür. Artıq filmin iki hissəsi başa çatıb, üçüncü bölümün üzərində isə iş aparılır.
Qeyd edək ki, 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Oxuyur Müslüm Maqomayev” ekran əsərinin də rejissoru Tofiq İsmayılovdur.