İyunun 12-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.

“Şərəf tariximiz” adlı konsert proqramında Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Tofiq Hacıyev, Nicat Cəfərzadə, Elxan Qaraxanoğlu, Lətifə Soyuöz, Nisbət Sədrayeva, Orxan Babazadə, Əhməd Mustafayev, Ramazan Şərifzadə və Dana Durdana çıxış ediblər.