Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Gülnar Qasımlının “Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” monoqrafiyası Latviyada “Lambert Academic Publishing” nəşriyyatında rus dilində çapdan çıxıb.
Kitabda müstəqillik dövründə Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri, bu dövrdə yazılan əsərlər araşdırılıb.