İstanbul Mədəniyyət və Sənət Vəqfi tərəfindən təşkil olunan 46-cı İstanbul Musiqi Festivalı Güher və Süher Pekinel qardaşlarının və İngiltərənin Kamera Orkestrinin konserti ilə başa çatıb. Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirilən konsertə Gerhard Schwarz dirijorluq edib.
İlk konsertlərini 6 yaşında verən əkiz qardaşlar Paris Konservatoriyasında və Frankfurt Musiqi Akademiyasında oxuyublar. Sonra təhsillərini usta pianoçu Rudolf Serkin ilə “Philadelphia Curtis” Musiqi İnstitutunda davam etdiriblər.
Magistratura təhsillərini Juilliard School və Frankfurt Musikhochschule kimi məşhur məktəblərdə uğurla tamamlayan qardaşların beynəlxalq karyeraları 1984-cü ildə Zalsburq Festivalına dəvət almaları ilə yüksəlib.
Karyeraları ərzində çox sayda mükafata layiq görülən Pekinel qardaşları Avropa və ABŞ-da qastrollara çıxaraq konsertlər veriblər.
Pekinel qardaşları eyni zamanda Türkiyədə musiqi təhsilini Avropa standartları səviyyəsində inkişaf etdirmək məqsədilə layihələr həyata keçirirlər.
M.SULTANOVA
Ankara