Abdulla Şaiqin ev-muzeyinin və İ.A.Qonçarovun memorial muzeyinin (Ulyanovsk şəhəri) əməkdaşları Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) tərəfindən təşkil olunmuş telekörpüdə iştirak ediblər.

RİMM-in mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar iki muzey arasında əməkdaşlığın perspektivlərini, o cümlədən virtual ekskursiyalar və ekspozisiya mübadiləsi məsələlərini müzakirə ediblər.

Söhbətdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, RİMM-in muzey məsələləri üzrə kuratoru Cavad Quliyev, Rusiyanın Əməkdar mədəniyyət işçisi Yuliya Volodina, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, İ.A.Qonçarovun memorial muzeyinin müdiri İrina Smirnova, “Dom Yazıkovıx” Ədəbiyyat muzeyinin böyük elmi işçisi Darya Kozlovskaya və başqaları iştirak ediblər.