Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının 27 iyun tarixli digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavini təyin edilib.
Prezident İlham Əliyev iyunun 27-də həmçinin Zakir İmran oğlu Sultanovun Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.