26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü və Milli Ordunun 100 illik yubileyi münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti hərbi hissələrdə konsert proqramı ilə çıxış edib, Enurə Abdullayevanın “Əsgər papağı” tamaşasını göstərib.

Tədbirlər Prezident yanında Bilik Fondunun dəstəyi ilə reallaşıb.

***

Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanası Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi münasibətilə “Açıq kitabxana” layihəsi çərçivəsində “Ordum varsa, yurdum var” başlıqlı səyyar kitabxana xidməti təşkil edib.

Mərkəzi kitabxananın Uşaq şöbəsi Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş sərgi, Yuxarı Salahlı kənd 1 və  2 saylı kitabxana filialları mövzu ilə bağlı mühazirə təşkil ediblər.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olunmuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib. Anım mərasiminə toplaşanlar öncə muzeydə sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış olublar. Çıxışlarda gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən söz açılıb.