Rusiyanın məşhur opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev iyulun 5-də bununla bağlı sərəncam imzalayıb. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın iyulun 6-da 75 yaşı tamam olur.