Prezident İlham Əliyev iyulun 5-də Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə marionet teatrının yaradıcısı olan Tərlan Qorçu Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.