Gürcüstanda müharibədə qəhrəmanlıq göstərən azərbaycanlı qadın haqqında film çəkilir. Film 2008-ci ildə baş verən müharibədəki real hadisədən – azərbaycanlı qadının xüsusi qəhrəmanlıq göstərərək uşaqları xilas etməsindən bəhs edir.
Müəllifi və ssenaristi Mehman İsgəndərov, rejissoru Georgi Kikaleişvili olan filmdə azərbaycanlı və gürcü aktyorlar rol alıblar.
Ekran əsərinin qəhrəmanı olan azərbaycanlı qadın artıq həyatda olmasa da, film onun həyat hekayəsini gələcək nəsillərə çatdıracaq. Müharibənin ağrı-acısının şahidi olmuş, Xocalı soyqırımının dəhşətlərini görmüş azərbaycanlı qadın tapdığı kimsəsiz gürcü uşağını himayəyə götürür və onu Gürcüstana qaytarmağa çalışır.
Filmin premyerası 8 avqusta – Cənubi Osetiyada Gürcüstan-Rusiya müharibəsinin başlanmasının 10-cu ildönümünə nəzərdə tutulub.