“Mədəniyyət.AZ” jurnalının növbəti sayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Jurnalın xüsusi buraxılışında Şərqdə ilk dəfə demokratik dövlət quruculuğu, Cümhuriyyəti yaradanların həyat və fəaliyyəti, bolşevik işğalından sonrakı aqibətləri və mühacirətdəki taleləri barədə elmi tədqiqat səpkili yazılara geniş yer verilib.
Nəşrdə vurğulanır ki, istiqlalımızın 100 illiyi Cümhuriyyətin varisi kimi Azadlıq estafetini yenidən ləyaqətlə daşıyan bir xalq, dövlət və millət olaraq bizə bu yenilməz ruhu əbədiyyən içimizdə daşımaq və əməllərimizdə gerçəkləşdirmək gücü verir.
Oxucular jurnalın səhifələrində 100 ilin əks-sədasını eşitdirən müsahibələr, Cümhuriyyət varislərinin şahidliyinə görə, sərhədlər uzaqlığından araşdırılıb öyrənilmiş həqiqətlər, müstəqillik uğrunda aparılan mücadilənin nəticələri ilə tanış ola, bu mövzuda tanınmış müəlliflərin yazılarını oxuya bilərlər.
Nəşrdə əcnəbi oxucunun da Cümhuriyyət tariximizə olan marağı diqqətdən kənarda qalmayıb. Bununla bağlı rus və ingilis dilində geniş məqalə verilib.