Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümü yeni tamaşa ilə bağlayır. Arzu Soltanın “Hərə olduğu kimi gözəldir” pyesi əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Əyriqulaq” tamaşasına iyulun 10-da ictimai baxış keçirilib.
Tamaşada hadisələr dovşanların ailəsində baş verir. Rolları Sovqat Səmədova, Əli Qulu Səmədov, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edir.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.