Lənkəranın 15 yaşlı gənc rəssamı Zümrüd Abbaszadə beynəlxalq rəsm müsabiqələrində ölkəmizi layiqincə təmsil edir.
Yağlı boya ilə kətan üzərində işləməyə daha çox üstünlük verən rəssamın əl işləri Yaponiya, Polşa, Hindistan və digər ölkələrdə keçirilən müsabiqələrdə diplom və sertifikatlara layiq görülüb.
Bu il Yunanıstanda keçirilən rəsm müsabiqəsində isə lənkəranlı gəncin çəkdiyi rəsmlər üçüncü yerə layiq görülüb.