Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Böyük çay İpək Yolunun tarixi” mövzusunda elmi seminar keçirilib.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin çayının ən qədim növü sayılan Puerin ölkənin daxili bölgələrindən Tibetə və daha da qərbə nəql edilməsi, karvan yollarının bir hissəsi olan “qədim çay yolu” haqqında danışıb. Azərbaycan-Çin əməkdaşlığının perspektivlərindən söz açan Rafiq Abbasov, bu əməkdaşlığın xüsusilə Azərbaycan çayının inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Çinin Sıçuan əyalətinin Kənd Təsərrüfatı Məhsullarının Ticarət Şirkətinin sədri Yu Chengzun isə ölkəsinin çay mədəniyyəti, bitkiçiliyin quruluşu və inkişafından bəhs edib.