Antalyanın Finike rayonu gəzməli-görməli yerləri ilə yanaşı, portağalı ilə də tanınır. Burada təşkil olunan “Portağal festivalı” bölgənin tanıtımına daha bir vəsilə olub.
Rayon mərkəzindəki bəzək işlərinə 50 ton yerli portağal sərf olunub.
Portağalla işlənmiş Türkiyənin dövlət bayrağı, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün portreti, digər görüntülər yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb.