Prezident İlham Əliyev iyulun 17-də “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə imzalanıb. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə müvafiq vəsait ayrılıb.