Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü konfransında bir sıra mühüm məsələlərin müzakirəsi planlaşdırılır. Təcrübə mübadiləsi aparılacaq, başqa ölkələrin musiqi mədəniyyəti ilə tanış olmaq imkanı yaranacaq. Belə möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür etmək istərdim.

Bu sözləri İSME-nin 33-cü Dünya konfransının açılış mərasimində Yunanıstan nümayəndəsi Dimitra Koniari söyləyib.

O deyib: “Çox şadam ki, sonunda Bakıya gələ bildim. Paytaxtınızın qonaqpərvərliyi və gözəlliyi məni valeh etdi. Mən ibtidai siniflərdə musiqi müəllimiyəm. Azərbaycan xalqının mədəni irsi ilə çoxdan maraqlanıram və ümidvaram ki, bu tədbir xalq musiqinizə yaxından bələd olmağıma kömək edəcək”.