Bakı Dövlət Universitetinin (BDU) İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov İranın paytaxtı Tehranda farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Bidel Dehləviyə həsr olunmuş V beynəlxalq konfransda “XVI əsr farsdilli ədəbiyyatda üslub dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib.
BDU-dan bildiriblər ki, professor M.Kazımov 18 ölkədən alim və mütəxəssislərin qatıldığı konfransın plenar iclasına sədrlik edib. Konfransda 50-dən çox məruzə dinlənilib. Məruzələr Bidel Dehləvinin yaradıcılığı ilə bağlı fəlsəfi, ədəbi, tarixi, dini və s. mövzulara həsr olunub.
Tədbirdə İranın tanınmış şairləri Əbdülcabbar Kakai, Əlirza Qəzve öz şeirlərini oxuyublar.