Azərbaycan Tərcümə Mərkəzinin nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı çapdan çıxıb.
Jurnalın bu sayında Andre Jidin “Pastoral simfoniya”, Konstantin Paustovskinin “Ədəbi portretlər”i, Heynrix Böllün “Kişisiz ev” və Pater Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanlarının davamı, Zeydi Smitin “Kamboca səfirliyi”, Tuve Yanssonun “Boz ipək”, “Gimnastika müəlliminin ölümü” hekayələri, Nikolay Leskovun “Mtsenki qəzasının ledi Maqbeti” və Jan Anuyun “Yüksüz sərnişin” pyesləri yer alıb.
“Xəzər”in növbəti nömrəsində həmçinin Bağater Arabullin, Migel Ernandes, Nevzat Çelik, Nikita Steneskunun şeirləri, H.Branner, H.Herdal, K.Soyanın hekayələri və s. poeziya və nəsr nümunələri dərc olunub.