Muxtar İmanov “Söz” Akademiyasının üzvü seçilib

İyulun 13-də Türkiyənin “Söz” Akademiyasının rəhbəri, professor Hayrettin İvgin, Samsunun Vəzirköyü Bələdiyyəsinin nümayəndəsi İbrahim Sadık Edis, Moskva Dövlət Humanitar və İqtisadiyyat Universitetinin müəlliməsi Səlvinaz İsmayılova AMEA Folklor İnstitutunun qonağı olublar.

İnstitutun direktoru, akademik Muxtar İmanov qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin iş həyatı, yeniliklər haqqında bilgi verib. 

Görüş zamanı bildirilib ki, Samsunun Vəzirköyü Bələdiyyəsi ilə Bakının Mehdiabad qəsəbəsi bələdiyyələri “Ortaq şəhər” layihəsi hazırlayırlar. Bu layihəyə Folklor İnstitutunun da dəstək göstərməsi təklif edilib. M.İmanov təklifi qəbul edib, fikirlərini bölüşüb.

Daha sonra professor Hayrettin İvgin akademik M.İmanovu “Söz” Akademiyasının üzvü seçilməsi ilə bağlı təbrik edib. Vurğulanıb ki, indiyə kimi akademiyaya 76 üzv seçilib. Akademik diqqətə görə təşəkkür edib, elmi qurumlar arasında yaradıcı münasibətlərin gərəkliyini bildirib.

Sonda qonaqlara institutun nəşrləri hədiyyə edilib.

S.QALİBOĞLU