Rejissor Şamil Əliyevin “Çölçü” filminin “Cult critic” kino jurnalının bu ilin yanvar ayı üzrə “Ən yaxşı bədii film” (“Cult critic movie awards”) mükafatına layiq görülməsi barədə məlumat vermişdik. Təqdimetmə mərasimi 2018-ci ilin oktyabrında  Hindistanın Kolkata şəhərində keçiriləcək.

Rejissorun bildirdiyinə görə, ekran əsəri həmçinin 6-cı “Virgin Spring Cinefest” tərəfindən fevral ayı üzrə ən yaxşı bədii film mükafatı ilə təltif olunmaqla “Golden Galaxy Award” nominantı statusunu qazanıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film bir sıra beynəlxalq festivallarda mükafatlar qazanıb. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.