Xəbər verdiyimiz kimi, fevralın 11-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Cizgi filmləri həftəsi” keçiriləcək. Həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilmiş Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək. “Azanfilm” studiyasının direktoru Fariz Əhmədovun verdiyi məlumata görə, proqramda Azərbaycan və rus bölməsi üçün cizgi filmləri yer alıb: “Proqrama 4 cizgi filmi daxildir. Onların bəziləri həm də rus, həm Azərbaycan bölməsində nümayiş etdiriləcək”.
   
   Azərbaycan bölməsi:
   1. “Səmada şəkil” - 4 dəqiqə
   2. “Siçan və pişik” - 14 dəqiqə
   3. “İt sərgisi” - 10 dəqiqə 30 saniyə
   
   Rus bölməsi:
   1. “Səmada şəkil” - 4 dəqiqə
   2. “Xeyirxah kirpi” - 5.30 - (musiqilər Azərbaycan dilində)
   3. “İt sərgisi” - 10.30
   
   Cizgi filmləri Yasamal rayonu 16 nömrəli, Nəsimi rayonu 23, Xətai rayonu 27, Nərimanov rayonu 43, Xəzər rayonu 183, Səbail rayonu 189, Sabunçu rayonu 252 və Binəqədi rayonu 276 nömrəli məktəblərdə nümayiş olunacaq. Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - “Cizgi filmləri bayramı” təşkil olunacaq. Uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.