Xəbər verdiyimiz kimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən, təxminən 2500 yaşı olan qədim nekropol aşkarlanıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisinə baş çəkib, Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevlə görüşüb.

Bildirilib ki, bu qədim tarixi məkanın turizm imkanlarının genişləndirilməsi, eyni zamanda kəndin tarixi-mədəni xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni layihələr həyata keçiriləcək.