İyulun 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamsız 25 il” adlı dəyirmi masa təşkil edilib.
Kitabxananın direktoru Oruc Quliyev çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ağdamın işğalı barədə tarixi faktları diqqətə çatdırıb. Əməkdar artist Azad Şükürov, kitabxananın əməkdaşları, digər çıxış edənlər erməni işğalının nəticələrindən bəhs edib, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminliklərini bildiriblər.
Tədbirdə Ağdamın işğalına həsr olunmuş videoçarx nümayiş olunub, mövzuya dair kitab sərgisi təşkil edilib.