Ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil və mədəniyyət müəssisələri Azərbaycan dövləti tərəfindən himayə olunur. Bunu Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiyanın “russkiymir.ru” informasiya portalına müsahibəsində söyləyib.

A.Hacıyev müsahibəsində Sovet İttifaqının süqutundan sonra rus dilinin Azərbaycanda mədəniyyətin və gündəlik həyatın vacib elementi kimi qalması və dövlət tərəfindən dəstəklənməsi barədə söz açıb. Müsahibədə, həmçinin Azərbaycanda rus dilinin və rusdilli əhalinin ümumi vəziyyəti, rus dilində mətbu orqanlar, radio və televiziya verilişləri, rus dilinin tədrisi və tədqiqi, ölkədə fəaliyyət göstərən rusdilli təhsil müəssisələri və mədəniyyət ocaqları haqqında maraqlı faktlar açıqlanıb. Azərbaycanın təhsil və iqtisadi məkanında rus dilindən fəal istifadənin həmçinin xalqımızın tolerantlıq ənənələri və ölkəmizdə bu sahədə aparılan uğurlu dövlət siyasəti ilə bağlılığı diqqətə çatdırılıb.

Müsahibədə rus ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi, rus dili tərcüməçilərinin hazırlanması, rusistika sahəsində görülən işlərə də toxunulub.