Londonda yaşayan məşhur aşpazın kitabı Almaniyada nəşr olunub
Almaniyada alman dilində “Qafqaz – Gürcüstana və Azərbaycana kulinar səyahət” adlı kitab nəşr olunub. Kitabın müəllifi Ukrayna əsilli Londonun məşhur baş aşpazı Olqa Herkulesdir.
Gürcüstan Milli Kitab Mərkəzinin yaydığı məlumatda vurğulanır ki, artıq Avropa qurmanları alman dilində Gürcüstan və Azərbaycan mətbəxi ilə tanış ola biləcəklər. Kitab “Knesebeck Verlag” alman ədəbi nəşriyyatında işıq üzü görüb.
Qeyd edək ki, Olqa Herkules Ukrayna mətbəxi haqqında kitab yazan beynəlxalq dərəcəli ilk aşpaz hesab olunur. Hər ay “Guardian” qəzetində onun reseptləri dərc olunur.