Tanınmış rusiyalı dizayner, naşir və videobloger Leonid Balanyov Azərbaycana səfərindən sonra hazırladığı və “YouTube”da öz kanalında yerləşdirdiyi 15 dəqiqəlik reportajda ölkəmizə səyahəti zamanı aldığı təəssüratları paylaşıb.

L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib.

O, ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İçərişəhər, Azərbaycan Xalça Muzeyi, Dağüstü park və Abşeronun maraqlı yerlərindən hazırladığı reportajı abunəçilərinə təqdim edib.

Tamaşaçılardan reportajla bağlı çoxlu müsbət rəylər alınıb, onların əksəriyyəti isə videoçarxa baxdıqdan sonra Azərbaycana səyahət etmək istədiyini bildirib.