Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi 254 saylı bağçada “Biz nağılın ətrafında toplaşdıq” adlı nağıl saatı keçirib.

Uşaq şöbəsinin baş kitabxanaçısı R.Hümbətova uşaqlara “Zürafənin boyu necə uzandı”, “Zalım pələng və nəğməli quş” adlı nağılları, kitabxanaçı V.Abbasova isə “Şir və dovşan”, “İt və timsah” nağıllarını oxuyub.

Uşaqlar nağılları maraqla dinləyiblər. Nağıl qəhrəmanları uşaqlar tərəfindən müzakirə olunub.