Bu ilin sentyabrında Moskvada XII Beynəlxalq xatirə sikkələrinin müsabiqəsi keçiriləcək.
Artıq ikinci ildir ki, beynəlxalq müsabiqənin münsiflər heyətinə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev dəvət alır.
İnstitutdan bildiriblər ki, bu il münsiflər heyətinin müzakirəsinə 9 nominasiya üzrə 26 ölkənin milli bank, zərbxana və distribüter şirkətləri tərəfindən 220 sikkə təqdim edilib. Builki müsabiqəyə 2017-ci il yanvarın 1-dən dekabrın 31-dək zərb edilmiş xatirə sikkələri təqdim olunacaq.
Müsabiqənin münsiflər heyətinə Rusiya, ABŞ, Azərbaycan, Böyük Britaniya, Latviya, Macarıstan, Litva, Kanada, Qırğızıstan, Almaniya, Meksika, Finlandiya, İtaliya, Belarus, Avstriya, Ukraynanın tanınmış muzey və auksion evləri, numizmatlar assosiasiyaları, numizmat alimləri və digər ekspertləri daxildir.