Qətər Əmirliyinin ölkəmizdə səfərdə olan bir qrup jurnalisti və blogeri Azərbaycan Mətbuat Şurasında olub.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqları salamlayaraq onlara qurumun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.
Azərbaycana dünyanın müxtəlif yerlərindən jurnalistlərin gəldiyini deyən MŞ sədri bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərinə diqqət yetirib. O, qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminliyini ifadə edib.
Bildirilib ki, Qətər nəinki müsəlman aləmində, eləcə də dünyada qabaqcıl media ənənələrinə malik ölkədir. Bu təcrübənin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir.