“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu–2018” yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib.

Təhsil Nazirliyinin yay məktəbi layihəsi iyulun 17-dən başlanıb. Proqram çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin 7-8-9-cu sinif şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər. “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.