Amerikalı aktyor Rocer Perri 85 yaşında Kaliforniyada vəfat edib. Aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rocer Perri 57 film və serialda, o cümlədən “Çirkin eşq”, “Bədheybətlər ailəsi”, “Ulduz yolu” və digər ekran əsərlərində çəkilib. Aktyor “Ulduz yolu” (Star Trek) serialında kapitan Con Kristofer rolu ilə daha çox tanınıb.