Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də dövlət qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Məhəmmədəli oğlu Həsənova “Əməkdar dövlət qulluqçusu”, Natiq Nadir oğlu Fərəcullazadəyə “Əməkdar rəssam” fəxri adı verilib.
Rəssam Natiq Fərəcullazadə heraldika sahəsində əl işləri ilə də tanınıb, Azərbaycanın bir sıra orden və medallarının, eləcə də müxtəlif xatirə və yubiley medallarının eskizlərinin müəllifidir.
Prezidentin digər sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.