Avqustun 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən mərasimdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdiriləcək.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.